Bakıda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər tutulub

Bakıda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər tutulub
# 06 aprel 2013 11:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nəsimi rayonunda cibgirlikdə şübhəli bilinən şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən Ramil Məmmədov, Abdulla Abdullayev, İsmayıl Hüseynov tutulub. Onların üzərlərinə baxış keçirilərkən Ramil Məmmədovdan 1 qramdan artıq heroin, Abdulla Abdullayevdən 28 qramdan artıq və İsmayıl Hüseynovdan 33 qramdan artıq həşiş aşkar edilib. Araşdırmalar zamanı onlar aprelin 5-də 85 saylı xətt avtobusunda Mehdi Məmmədovun cibindən 120 manat və bankomat kartı oğurladıqları da müəyyən olunub.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR