Cavid Qurbanov Bakı sərnişin stansiyasında aparılan təmir işləri ilə tanış olub - FOTO

Cavid Qurbanov Bakı sərnişin stansiyasında aparılan təmir işləri ilə tanış olub - <span style="color: red;">FOTO
# 29 aprel 2015 09:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı sərnişin stansiyasında və stansiya yollarında aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub.

“Azərbaycan Dəmir Yolları”ndan “APA-Economics”ə verilən məlumata görə, paytaxtın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Bu məqsədlə bu ilin mart ayında Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.

Təmir işləri uğurla davam edir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərti ilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

Sonra C. Qurbanov stansiya yollarında aparılan əsaslı təmir işlərinin gedişini izləmiş, müvafiq tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR