"Bakcell"in "Applab" layihələri Yeni Fikir müsabiqəsinin qalibləri olub

"Bakcell"in "Applab" layihələri Yeni Fikir müsabiqəsinin qalibləri olub
# 06 iyun 2016 09:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakcell” şirkəti “AppLab” proqramının iştirakçıları olan “Kvotter” və “Flapus” layihələrinin Qafqaz Universiteti (Texnopark) tərəfindən təşkil olunmuş “Yeni Fikir 2016” müsabiqəsində (Yeni Fikir Müsabiqəsi) 1-ci və 2-ci yerləri tutduqlarını elan edib.

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, Yeni Fikir Müsabiqəsinin (YFM) məqsədi innovativ sahibkarlığın inkişafına dəstək verməkdir. O, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.

“AppLab üzvlərinin hər bir uğurlu addımının şahidi olmaq bizi çox sevindirir. Milli mobil operator olaraq, biz Azərbaycanda sürətlə inkişaf edən İKT sektorunun gələcəyinin təməlini qoyan gənc istedadlara dəstək göstərməkdən fəxr hissi duyuruq”,- deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib. “Bakcell və onun tərəfdaşları “AppLab” ailəsinə üzv seçilmiş hər bir layihəni bərabər imkanlar və alətlərlə təmin edir. Bu cür yanaşma isə onların sağlam rəqabət mühitində inkişaf etməsi üçün daha bir zəmin yaradan amildir”,-deyə Hadziç əlavə edib.

“AppLab” proqramının yetirməsi olan “Kvotter” layihəsinin məqsədi istifadəçilərə kitablardan, jurnallardan, internet səhifələrindən və hətta rəqəmsal cihazlardan oxuduqları bəyənilmiş sitatları paylaşmaq imkanı verən sosial şəbəkə yaratmaqdır. İstifadəçilər adi kameradan istifadə edərək istənilən mətn və ya fotoşəkilləri skan edib asanlıqla dostları ilə paylaşa bilərlər.

“AppLab” proqramının digər məzunu olan “Flapus” layihəsi istifadəçilərin bir-birinə mətn mesajları kimi sadə xatırlatma bildirişləri göndərməsini imkanlaşdıran smartfonlar üçün asan idarəolunan tapşırıqlar meneceridir. Bu proqram istifadəçilərin özləri üçün tapşırıqlar yaratmasını və başqalarına tapşırıqlar göndərməsini asanlaşdıraraq, tapşırığı alan adamların lazım olan zaman və ya yerdə xəbərdar olmalarını təmin edir. Başqalarının özləri üçün görüləcək işlərin siyahısını tutacaqlarına ümid etməkdənsə, “Flapus” istifadəçilərə birbaşa olaraq başqaları üçün tapşırıqlar yaratmağa və onlara bu tapşırıqları nə vaxt və ya hansı məkanda xatırlatmağa imkan verir.

“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. “Bakcell” mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı, “Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR