Səfir Paskal Mönye: “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, Dağlıq Qarabağ suveren Azərbaycanın bir hissəsidir” - APA TV

Səfir Paskal Mönye: “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, Dağlıq Qarabağ suveren Azərbaycanın bir hissəsidir” - <span style="color: red;">APA TV
# 08 aprel 2013 08:28 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, Dağlıq Qarabağ suveren Azərbaycanın bir hissəsidir. Bizim bu məsələdə siyasətimiz dəyişməyib”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye verib.

Fransa parlamentində Dağlıq Qarabağla dostluq qrupunun yaradılması barədə sualı cavablandıran səfir bildirib ki, bu məlumat əsassızdır: “Bəzi parlament üzvləri bu təşəbbüslə çıxış ediblər. Bu, rəsmi qrup deyil, bəzi parlament üzvlərinin şəxsi təşəbbüsüdür. Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, Dağlıq Qarabağ suveren Azərbaycanın bir hissəsidir. Bizim bu məsələdə siyasətimiz dəyişməyib”.

Səfir bildirib ki, Fransada söz azadlığı mövcuddur, lakin bu təşəbbüs ölkənin rəsmi mövqeyini əks etdirmir: “Fransa parlamentində Azərbaycan və Ermənistanla parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir”.

Xatırladaq ki, Ermənistanın bəzi kütləvi informasiya vasitələri Fransa parlamentində Dağlıq Qarabağla dostluq qrupunun yaradıldığı barədə xəbər yayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR