“I Türkoloji Qurultay: görünən və görünməyən tərəflər” mövzusunda elmi sessiya keçirilib

“I Türkoloji Qurultay: görünən və görünməyən tərəflər” mövzusunda elmi sessiya keçirilib
# 10 iyun 2016 10:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “I Türkoloji Qurultay: görünən və görünməyən tərəflər” mövzusunda elmi sessiya keçirilib.

APA-nın məlumatına görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayı XX əsrdə türk xalqlarının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. İ. Həbibbəyli qeyd edib ki, I Türkoloji Qurultay: görünən və görünməyən tərəflər” mövzusunda elmi sessiyanın məqsədi türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılmasında və Azərbaycanın türk dünyasının elmi-mədəni mərkəzi kimi qəbul olunmasında tədbirin əhəmiyyəti, türk xalqlarının sonrakı həyatına təsiri və s. məsələləri qiymətləndirməkdən ibarətdir.

AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışıb, tədbirin ideoloji aspektləri, əlifba, dil, ədəbiyyat və folklorla bağlı qaldırılan problemləri barədə məlumat verib.

Elmi sessiya məruzələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR