Göygöl rayonunun Göyçəkənd kəndində 4,8 ton ot bağlaması yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Göyçay rayonunun Potu kəndində isə "T-28" markalı traktorun taxtadan ibarət qoşqusu və içərisinə yığılan 1 ton ot bağlaması yanıb. Yüksək temperaturdan yaxınlıqda olan birmərtəbəli evin çardağı 4 m² sahədə qarsalanıb. Traktor və ev yanğından mühafizə olunub.
Ağstafa rayonunun Mollacəfərli kəndində isə ümumi sahəsi 140 m² köməkçi tikilinin çardağı 80 m² sahədə və içərisinə yığılan 10 ton ot bağlamasının 5 tonu yanıb. Köməkçi tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Hər üç fakr üzrə yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.