İndoneziya paytaxtının mərkəzində “Xocalıya ədalət” aksiyası keçirilib - FOTOSESSİYA

İndoneziya paytaxtının mərkəzində “Xocalıya ədalət” aksiyası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 24 fevral 2015 09:26 (UTC +04:00)

Bakı – APA. Cakartanın mərkəzində “Xocalıya ədalət” beynəlxalq təbliğat kompaniyası çərçivəsində aksiya keçirilib.

Azərbaycanın İndoneziya, Timur Leste, Filippin və Sinqapurdakı səfirliyindən APA-ya verilən məlumata görə, “Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu”nun İndoneziya təmsilçiliyi, habelə yerli QHT-lər, gənclər və tələbə cəmiyyətlərinin təşkilatçılığı ilə keçirilən aksiyada 200 nəfər iştirak edib.

Onların əllərində “Xocalıya ədalət”, “İƏT qətnamələri yerinə yetirilməlidir”, “İndoneziya Ermənistanla əlaqələri dayandırsın” və “Ermənistana sanksiya” sözləri yazılmış plakatlar olub.

Aksiya “TVRİ” dövlət televiziyası, “Antara news” dövlət xəbər agentliyi, “Liputan6” və digər mətbuat orqanlarında geniş işıqlandırılıb. Gecə saatlarında aksiyada “Light your fire, fight the liar” şüarı altında şamlar yandırılıb. Ertəsi gün aksiya təşkilatçılarının imzaladıqları Xocalı soyqırımının tanınmasını və Ermənistanla diplomatik əlaqələrin dayandırılmasını tələb edən yazılı müraciətlər İndoneziya prezidentinin ofisinə və parlamentə təqdim olunub. Bundan əlavə, təşkilatçılar Ermənistanın Cakartadakı səfirliyinə Azərbaycana qarşı təcavüzün dayandırılmasını, ya da səfirliyin fəaliyyətinə son qoyulmasını tələb edən etiraz məktubu təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR