Astara. Ağəddin Babayev – APA. Astara rayon sakininin həyətyanı sahəsindən çətənə kolları aşkarlanıb.
APA-nın cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rüdəkənar kəndində yaşayan Xanoğlan Əzimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.