Portuqaliya millisi Azərbaycan yığması ilə oyun öncəsi 2 futbolçunu heyətindən çıxarıb

Portuqaliya millisi Azərbaycan yığması ilə oyun öncəsi 2 futbolçunu heyətindən çıxarıb
# 19 mart 2013 11:34 (UTC +04:00)

Bakı – APA. 2014-cü iç dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının növbəti rəqiblərindən biri olan Portuqaliya yığmasının heyətində dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, rəqibin baş məşqçi Paulu Bentu martın 22-də İsrail və martın 26-da millimizlə oyunlara çağırılmış heyətdən “Sevilya”nın qapıçısı Betu ilə “Portu”un yarımmüdafiəçisi Juan Moutinyonun adını çıxarıb.

Buna səbəb hər ikisinin zədəli olmasıdır. Moutinyonun yerinə lk dəfə Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanmış “Malaqa”nın müdafiəçisi Vitorino Antuneş çağırılıb.

Qeyd edək ki, Portuqaliya yığması dünən Obiduş şəhərciyində ilk məşqini keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR