İraqın baş naziri: “ əl-Faluca şəhəri tezliklə İŞİD silahlılarından təmizlənəcək”

İraqın baş naziri: “ əl-Faluca şəhəri tezliklə İŞİD silahlılarından təmizlənəcək”
# 06 iyun 2016 22:37 (UTC +04:00)

Bakı-APA. əl-Faluca şəhərinin İŞİD-dən azad edilməsi üzrə əməliyyat tezliklə başa çatacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın baş naziri Heydər Əl-Abadi bəyan edib.

İraq xalqını Ramazan ayının başlaması münasibəti ilə təbrik edən baş nazir qələbənin yaxın olduğunu bildirib: “Bu il İraq ərazisi bütün terrorçu qruplaşmalardan təmizlənəcək. əl-Falucanın İŞİD silahlılarından azad edilməsi üzrə əməliyyat isə başa çatmaq üzrədir”.

Mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Qeyd edək ki, Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR