Azərbaycanın enerji layihələrinin səhmdarı törəməsini özəlləşdirir

Azərbaycanın enerji layihələrinin səhmdarı törəməsini özəlləşdirir
# 22 iyun 2016 15:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkətinin törəməsi olan "Türkiye Petrolleri Petrol Dağıtım A.Ş."-nin bu ilin üçüncü rübündə etibarən özəlləşdirilməsinə başlanılması planlaşdırılır.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Nazirlər Kabineti yanında Özəlləşdirmə İdarəsinin direktoru Mehmet Bostan deyib.

M. Bostan keçirdiyi müşavirədə "Türkiye Petrolleri Petrol Dağıtım A.Ş."-nin özəlləşdirilməsi prosesi ilə bağlı potensial investor və banklar üçün ətraflı məlumat verib.


Qeyd edək ki, TPAO "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokun işlənməsində 6,8%, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 6,53%, "Şahdəniz" yatağında və Cənubi Qafqaz Boru Kəmərinin işlənilməsi layihəsində 19% səhm paketinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR