Təhsil Nazirliyi qarşısında keçirilən razılaşdırılmamış aksiyada tutulan 10 nəfərin məhkəmə istintaqı başa çatıb

Təhsil Nazirliyi qarşısında keçirilən razılaşdırılmamış aksiyada tutulan 10 nəfərin məhkəmə istintaqı başa çatıb
# 25 aprel 2013 14:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nərimanov Rayon Məhkəməsində ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştiraka görə tutulmuş və barəsində cinayət işi başlanmış 32 nəfərdən daha bir qrupunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Seymur Bağırlı, Xudaverdi Abdullayev və digər 8 nəfər təqsirləndirilən şəxsin məhkəmə baxışının başa çatması barədə qərar qəbul olunub. Daha sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazır olmadığı üçün proses mayın 8-nə təxirə salınıb.

Qeyd edək ki, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş şəxslərin ümumi sayı 32 nəfər olub. Həmin şəxslərdən bir qrupunun işi bir müddət əvvəl məhkəməyə göndərilib. Hazırda onların məhkəmə prosesləri davam etdirilir.

Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR