Sabunçu-Ramana avtomobil yolunun təmirinə başlanılıb

Sabunçu-Ramana avtomobil yolunun təmirinə başlanılıb
# 04 mart 2015 11:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Uzun illərdir təmir olunmayan Sabunçu-Ramana avtomobil yolunda bir neçə gündür ki, təmir işlərinə başlanılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, Sabunçu qəsəbəsini Ramana qəsəbəsi ilə birləşdirən avtomobil yolunda çoxlu sayda su sızmalarının olması yolun bərbad vəziyyətə düşməsinə səbəb olub.

Bundan əlavə, 30 il bundan əvvəlki hərəkət şiddətinə hesablanan yol konstruksiyası keçmiş normativlərə uyğun olaraq inşa olunduğu üçün 40%-dən çox hissədə yol yatağı yararsız vəziyyətə düşüb.

Artıq əraziyə materialların daşınması, texnikaların səfərbər olunmasına başlanılıb. Hazırda yol yatağının zədələnmiş hissələri çıxarılaraq yenisi ilə əvəzlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR