Azərbaycanda həkimlərin işə qəbulu üzrə imtahanlardan 70 nəfər kəsilib

Azərbaycanda həkimlərin işə qəbulu üzrə imtahanlardan 70 nəfər kəsilib
# 02 aprel 2013 14:37 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, , həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə ilk imtahan martın 28-də, növbəti imtahan isə bu gün keçirilib. Onun sözlərinə görə, ümumilikdə, hər iki imtahanda həkimlərin işə qəbulu üzrə imtahanda 27 ixtisas üzrə keçirilən imtahanda 100 vakant yer uğrunda 150 həkim mübarizə aparıb: “Onlardan 80 nəfəri I mərhələdən uğurla keçib, 70-i isə kəsilib. Bununla da həkimlərin işə qəbulu üzrə imtahan başa çatıb. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsində iştirak edəcəklər. Müsahibələrin nə vaxt keçiriləcəyi isə yaxın vaxtlarda açıqlanacaq”.

Qeyd edək ki, bu ildən etibarən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. Zamanla yeni vakansiyalar yarandıqca ayda bir dəfə belə imtahanın keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR