Bu il Azərbaycanda 60 SC-nin fəaliyyətində ciddi pozuntular aşkarlanıb

Bu il Azərbaycanda 60 SC-nin fəaliyyətində ciddi pozuntular aşkarlanıb
# 26 aprel 2013 14:57 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən səhmdarların hüquqlarının müdafiəsi, habelə səhmdarlar arasında münasibətlərin tənzimlənməsi tədbirləri davam etdirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Komitəyə 333 səhmdar cəmiyyəti ilə bağlı səhmdarların hüquqlarının pozulması barədə 94 şikayət ərizəsi və 9 müraciət daxil olub. Aparılmış araşdırmalar nəticəsində səhmdar cəmiyyətlərinin 60-nın fəaliyyətində ciddi qanun pozuntuları aşkar olunub və həmin səhmdar cəmiyyətlərinə qarşı 2 050 manat məbləğində inzibati cərimələr tətbiq edilib, 12 səhmdar cəmiyyətinə fəaliyyətlərində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında icrası məcburi göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR