İstanbulda Kərkük mövzusunda toplantı keçirilib

İstanbulda Kərkük mövzusunda toplantı keçirilib
# 12 oktyabr 2014 01:29 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. İraqın Türkməneli bölgələrindəki vəziyyəti müzakirə etmək məqsədiylə İstanbulda toplantı keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Türk Dünyası Araşdırmaları Vəqfi Süleymaniyyə kürsüsünun təşkilatçılığıyla İstanbul Universiteti Avrasiya Araşdırmaları İnstitutunun konfrans salonunda keçirilən toplantının açılışında çıxış edən TDAV başqanı Közhan Yazqan yeni mövsümün ilk toplantısının Kərkükə həsr edilməsinin bölgədə yaranmış vəziyyətdən irəli gəldiyini vurğulayıb.Toplantıda “Kərkük Türk qalacaqdır!”- adlı məruzə ilə çıxış edən İraq Türkləri İnsan Haqları Dərnəyinin fəxri sədri, doktor Nəfi Dəmirçi 1958-ci ildən bəri İraqda Türkmənlərə qarşı sistemli şəkildə soyqırım və deportasiya siyasəti yürüdüldüyünü bildirib. 2003-in aprelində ABŞ-ın İraqı işğal etməsindən sonra Türkiyənin bölgədəki qırmızı çızgilərinin tarixə qarışdığını və yay aylarında bölgədə yaranmış vəziyyətdən ən çox Türkmənlərin sıxıntı çəkdiyini xatırladan doktor Nəfi Dəmirçi, Əhməd Davutoğlu hökumətini Təlafərdə ağır təzyiq və təhdid altında yaşayan Türkmənlərə sahib çıxmağa çağırıb.


Doktor Nəfi Dəmirçi, yaranmış problemlərə baxmayaraq,Türkmənlərin tarixi dədə-baba yurdları olan Kərkükü və digər bölgələri heç vaxt tərk etməyəcəklərini vurğulayıb. Türkiyənin elmi və siyasi ictimaiyyətinin yaxından maraq göstərdiyi toplantıda doktor Nəfi Dəmirçi dinləyicilərin suallarını da cavablandırıb.


Süleymaniyyə kürsüsü Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu, mərhum professor Turan Yazqan tərəfindən 25 il əvvəl yaradılıb. Kürsünün ilk məruzəçisi mərhum tarixçi-professor, məşhur “Oğuzlar” kitabının müəllifi Faruk Sümer olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR