Urumçidə terror aktlarının təşkilində ittiham olunan 8 uyğur ölüm cəzasına məhkum edilib

Urumçidə terror aktlarının təşkilində ittiham olunan 8 uyğur ölüm cəzasına məhkum edilib
# 08 dekabr 2014 11:18 (UTC +04:00)

Bakı – APA. Çinin Urumçi şəhərində terror aktları təşkil etməkdə ittiham olunan 8 uyğur ölüm cəzasına məhkum edilib.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, daha 5 nəfərə ömürlük həbs cəzası verilib.

Ömürlük həbs cəzası alan şəxslər “özlərini pis aparsalar”, ölüm cəzasına məhkum ediləcəklər.

Qeyd edək ki, terror aktlarından biri bu ilin aprelin 30-da Urumçinin dəmiryolu stansiyasında baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 79 nəfər yaralanıb.

Digər terror aktı isə mayın 22-də bazarda baş verib. İki avtomobil bazarın ərazisinə daxil olduqdan sonra naməlum şəxslər insanların olduğu yerə bir neçə bomba atıb. Nəticədə 39 nəfər ölüb, 94 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR