Azərbaycan magistral neft kəmərləri ilə nəqli 5% artırıb

Azərbaycan magistral neft kəmərləri ilə nəqli 5% artırıb
# 16 dekabr 2014 09:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 41,8 mln. ton neft nəql edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artım müşahidə olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 31,5 mln. ton neft ötürülüb.

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 5,0 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Magistral qaz kəmərləri ilə 19,6 mlrd. kubmetr və ya 10,1% çox qaz nəql edilib. Nəql edilmiş qazın 30,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5,9 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR