Bakıda avtobusun vurduğu piyada ölüb

Bakıda avtobusun vurduğu piyada ölüb
# 03 iyun 2016 10:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda avtobusun vurduğu piyada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 1-də saat 17 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində Bakı şəhər sakini Mehman Əliyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Elnur Babazadəni vurub. Xəstəxanaya yerləşdirilən E.Babazadə iyunun 2-də orada ölüb.

Faktlab bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR