Ağdaşdakı təkrar seçkilərdə 7 namizəd mübarizə aparacaq - SİYAHI

Ağdaşdakı təkrar seçkilərdə 7 namizəd mübarizə aparacaq - <span style="color: red;">SİYAHI
# 02 iyun 2016 09:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək təkrar seçkilərdə 7 namizəd mübarizə aparacaq.

APA-nın məlumatına görə, bu namizədlərdən ikisi partiyalar tərəfindən irəli sürülüb, 5 namizəd isə öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş bitərəflərdir. Mərkəzi Seçki Komissyiasının rəsmi internet saytında yerləşdirilmiş siyahıya əsasən partiyalar tərəfindən irəli sürülmüş namizədlər Cavid Osmanov (Yeni Azərbaycan Partiyası) və İqbal Ağazadə (Ümid Partiyası), bitərəflər isə Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayev və Elmir Gözəlovdur.

Qeyd edək ki, Seçki Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış namizədlik statusundan imtina etməsi barədə ərizə verə bilər və bu ərizə geri götürülə bilməz. Müvafiq seçki komissiyası belə ərizəyə 1 gün müddətində baxır və qeydiyyatın ləğvi barədə qərar qəbul edir. Bununla da namizədin namizədlik statusuna xitam verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR