İranda prezidentliyə namizədlərin qeydiyyat üçün müraciət edəcəyi tarix açıqlanıb

İranda prezidentliyə namizədlərin qeydiyyat üçün müraciət edəcəyi tarix açıqlanıb
# 06 mart 2013 10:09 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda 2013-cü il iyunun 14-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyat üçün müraciət edəcəyi tarix açıqlanıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran Daxili İşlər Nazirliyinin rəsmisi Həsən Əli Nuri bildirib ki, prezident seçkilərində yaşı 18-dən aşağı olmayan vətəndaşlar səsvermə haqqına sahibdir: “Vətəndaşlar doğum şəhadətnaməsini və şəxsiyyət vəsiqələrini göstərib seçkilərdə iştirak edə bilərlər. Prezident seçkiləri üçün namizədlərin qeydiyyata görə müraciət edəcəyi tarix 7 may olaraq müəyyənləşdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR