Tiflisdə “Vəkillərin müstəqilliyi, təkmilləşdirilməsi və etik peşəkarlığı” mövzusunda beynəlxalq konfrans keçirilir

Tiflisdə “Vəkillərin müstəqilliyi, təkmilləşdirilməsi və etik peşəkarlığı” mövzusunda beynəlxalq konfrans keçirilir
# 20 iyun 2016 13:59 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtında Avropa Şurasının və Avropa Birliyinin maliyyə dəstəyi ilə “Vəkillərin müstəqilliyi, təkmilləşdirilməsi və etik peşəkarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycanı Vəkillər Kollegiyasının üzvləri İlhamə Həsənova və Şahmar Məmmədov təmsil edir.

Konfransda çıxış edən Gürcüstan prezidenti Georqi Marqvelaşvili demokratik inkişafda vəkillərin rolunun vacib olduğunu bildirib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvləri İlhamə Həsənova və Şahmar Məmmədov çıxışlarında son zamanlar Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində böyük işlər görüldüyünü söyləyiblər və bu haqda ətraflı məlumat veriblər.

Konfrans panellərlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR