Barak Obamanın müsəlman geyimində fotoları yayılıb

Barak Obamanın müsəlman geyimində fotoları yayılıb
# 08 iyul 2016 08:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ prezidenti Barak Obamanın islam dininə aid geyimdə fotoları yayılıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, fotoları amerikalı televiziya aparıcısı Bill O'Reilli aşkarlayıb. Keniya əsilli müsəlman ailədə dünyaya gıələn Obama 90-cı illərdə ögey qardaşının nikah mərasiminə qatılarkən bu geyimi geyinib.

Bill O'Reilli islamla dərin bağlara sahib olan B. Obamanın İŞİD terror qruplaşmasının mövcudluğuna baxmayaraq, “islam terrorizmi” ifadəsini işlətməməsinin səbəbinin bu şəkildə göründüyünü deyib

Xatırladaq ki, dəfələrlə Obamanın müsəlman olduğu iddia edilsə də, o özü xristian olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR