“Aqrolizinq”in lizinqə verdiyi suvarma sistemləri dəstinə və avadanlığa 40 faiz güzəşt tətbiq olunub

“Aqrolizinq”in lizinqə verdiyi suvarma sistemləri dəstinə və avadanlığa 40 faiz güzəşt tətbiq olunub
# 16 aprel 2015 15:46 (UTC +04:00)

APA-nın məlumatına görə, baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilib.


Nazirlər Kabineti iki ay müddətində suvarma sistemləri dəstinə və avadanlığına tətbiq olunan güzəştin verilməsi qaydasını müəyyən etməli,habelə sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR