Salyanda yük maşını, Sumqayıtda 3 otaqlı ev yanıb

Salyanda yük maşını, Sumqayıtda 3 otaqlı ev yanıb
# 17 may 2015 00:03 (UTC +04:00)

Bakı-APA. Salyan və Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonu, Qarabağlı kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilində yanğın baş verib. Nəticədə maşının banına yığılmış 3 ton ot bağlaması və banın yanar konstruksiyaları yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxtadan ibarət birmərtəbəli 3 otaqlı evdə yanğın olub. Nəticədə evin 2 otağının yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR