Samuxda ata və 11 yaşlı oğlu yanıb - YENİLƏNİB

Samuxda ata və 11 yaşlı oğlu yanıb - <span style="color: red;">YENİLƏNİB
# 16 noyabr 2015 06:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Samuxda ata və övladı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

APA-nın verdiyi məlumata görə, Samuxun Kolayır kəndində 1974-cü il təvəllüdlü Aftandil Məmmədov sobaya dizel yanacağı əvəzinə səhvən benzin töküb. Güclü alov nəticəsində A. Məmmədov və onun 2004-cü il təvəllüdlü oğlu Əziz Məmmədov müxtəlif yanğın xəsarətləri alıblar.

A. Məmmədov Təcili Tibbi Yardım Xəstəxanasına, övladı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, Kolayır kəndində vətəndaşa məxsus ümumi sahəsi 208 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 2 kv.m və ev əşyaları 4 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq təcili yardım xidməti tərəfindən xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR