Mişarçay üzərindəki qəzaya uğramış körpünün yaxınlığında daha bir alternativ yol istifadəyə verilib - FOTO

Mişarçay üzərindəki qəzaya uğramış körpünün yaxınlığında daha bir alternativ yol istifadəyə verilib - <span style="color: red;">FOTO
# 07 mart 2013 10:09 (UTC +04:00)

Bakı. Nizam Rza - APA-Economics. Ələt-Astara yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki qəzaya uğramış körpünün yaxınlığında daha bir alternativ yol istifadəyə verilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, Mişarçayın digər tərəfində salınan alternativ yol bu gün saat 12:30 radələrində sürücülərin ixtiyarına verilib: “Ərazidə nəqliyyatın normal gediş-gəlişini təmin etmək məqsədilə ikinci alternativ yol da salınaraq bu gün istifadəyə verildi. Beləliklə, iki alternativ yolun birindən Astara istiqamətində, digərindən isə Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitələri istifadə edəcək. Qəzaya uğramış körpüyə gəlincə, körpünün bütün aşırım tirləri sökülüb, dayaqlar möhkəmləndirildikdən və aşırım tirləri dəyişdirildikdən sonra körpü tam təmir olunaraq yenidən istifadəyə veriləcək”.

P.Mürsəliyev onu da qeyd edib ki, Cəlilabad rayonu ərazisindəki körpünün yaxın 15-20 gün ərzində istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, martın 4-də saat 02:00-03:00 radələrində ağır tonnajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib. Qeyd olunan körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR