Səudiyyə Ərəbistanında silahlıların hücumu nəticəsində neft borusunda yanğın olub

Səudiyyə Ərəbistanında silahlıların hücumu nəticəsində neft borusunda yanğın olub
# 18 oktyabr 2014 23:59 (UTC +04:00)

Səudiyyə Ərəbistanında silahlılarla atışma zamanı neft borusunda yanğın olub.

İnsident krallığın Şərqi əyalətində baş verib. Məlumata görə, bir qrup silahlı şəxs neft borusunun mühafizəçilərini atəşə tutub. Atışma nəticəsində boruda başlayan yanğın qəza xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Dəyən ziyanın həcmi və hücumun kim tərəfindən törədilməsi barədə məlumat verilmir.

Qeyd edək ki, ötən gün “Ənsərüllah” qruplaşmasının silahlıları Yəmən-Səudiyyə Ərəbistanı sərhədində mühüm “Harad Lend” nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR