Bakıda 18 yaşlı qız döyülüb

Bakıda 18 yaşlı qız döyülüb
# 06 iyul 2015 07:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda xuliqanlıq hadisəsi baş verib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Atatürk prospekti mənzil 44-də qeydə alınıb.

Orxan adlı şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Sevin Nizami qızını bıçaqla hədələyərək döyüb.

Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR