TQDK: V sinif dərslikləri üzrə aparılan monitorinqin nəticələrini gələn həftə Təhsil Nazirliyinə göndərəcək

TQDK: V sinif dərslikləri üzrə aparılan monitorinqin nəticələrini gələn həftə Təhsil Nazirliyinə göndərəcək
# 23 aprel 2013 14:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) V sinif dərslikləri üzrə aparılan monitorinqin nəticələrinə əsasən yekun rəyi gələn həftə Təhsil Nazirliyinə göndərəcək. TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva APA-ya açıqlamasında deyib ki, V sinif dərsliklərinin monitorinqi üzrə açıq müzakirələr artıq başa çatdırılıb. Hazırda söylənilən fikirlərin və qeydlərin yenidən yoxlanıldığını deyən A.Batıyeva qeyd edib ki, rəylər bir daha araşdırıldıqdan sonra yekun nəticə gələn həftə nazirliyi təqdim ediləcək: “V sinif yuxarı təhsilin, orta təhsil səviyyəsinin ilk sinfidir. Burada yeni anlayışların başlanğıcı qoyulur. Məzmun xətti və standartlar kurrikulum sənədinə əsasən ibtidai siniflərlə eyni olsa da dərsliyə yeni materiallar, mövzular və dil qaydaları daxil edilir. Bununla bağlı çox ciddi müzakirələr aparılıb”.

TQDK rəsmisi qeyd edib ki, V siniflər üzrə də problemli dərsliklər mövcuddur. Onun sözlərinə görə, V siniflər üzrə standartların reallaşması, materialların məzmunu, onlarda olan elmi-metodiki səhvlər baxımından problemli dərsliklər var: “Bununla bağlı bütün işlər yekunlaşandan sonra ətraflı məlumat veriləcək və Təhsil Nazirliyinə yekun rəy təqdim ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR