İmaməli Raxmon: "Ümid edirik ki, KTMT-nin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsinə dair qərarı tam icra olunacaq"

İmaməli Raxmon: "Ümid edirik ki, KTMT-nin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsinə dair qərarı tam icra olunacaq"
# 23 dekabr 2014 12:21 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Tacikistan ümid edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsinin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsinə dair qərarı tam şəkildə icra olunacaq ".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində Tacikistan prezidenti İmaməli Raxmon bildirib.

"Ümid edirik ki, gələn il KTMT-nin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsinə dair Tacikistana yardım haqqında qərarı tam həyata keçiriləcək. Qonşu regionlarda mövcud vəziyyət bunun nə qədər vacib olduğunu göstərir", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR