Paşha Bank
Bank Of Baku

"The Telegraph": Putin "General Armageddon" ləqəbli Surovikinə Kiyevdə bütün körpüləri dağıtmağı tapşırıb

Sergey Surovikin, Rusiya Prezidenti Vladimir Putin

© APA | Sergey Surovikin, Rusiya Prezidenti Vladimir Putin

# 08 oktyabr 2026 14:11 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin "General Armageddon" ləqəbli Hava Kosmik Qüvvələrinin keçmiş baş komandanı Sergey Surovikini yenidən Ukrayna ilə müharibəyə cəlb edib.

Bu barədə Britaniyanın "The Telegraph" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Putin Kiyevdəki bütün körpüləri dağıtmaq əmri ilə general Surovikini geri çağırıb. Generala Kiyevi iki hissəyə bölmək tapşırılıb ki, bu da Ukraynanın bütün şimal hissəsini tamamilə iflic edəcək.

Qeyd edək ki, "Vagner"in rəhbəri Yevgeni Priqojinin 2023-cü ilin iyun ayında hərbi qiyamından sonra Surovikinin onunla əlbir olması və bu səbəbdən Ukrayna cəbhəsindən geri çağırıldığına dair məlumatlar yayılmışdı. Bir müddət əvvəl isə Telegram kanalları generalın Əlcəzairdə xidmət etdikdən sonra Moskvaya qayıtdığını və tezliklə yeni bir vəzifə alacağının gözlənildiyini yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR