Əfqanıstanda əsgərləri daşıyan avtobus terrorçuların hücumuna məruz qalıb

Əfqanıstanda əsgərləri daşıyan avtobus terrorçuların hücumuna məruz qalıb
# 11 dekabr 2014 10:06 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Əfqanıstanda əsgərləri daşıyan avtobus terrorçuların hücumuna məruz qalıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, hadisə Kabilin şərqində baş verib.

Hadisə nəticəsində 6 əsgər ölüb, 11 nəfər isə yaralanıb. Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Terror aktına görə məsuliyyəti öz üzərinə götürən “Taliban”ın sözçüsü Zəbuillah Mücahidd isə bildirib ki, hadisə nəticəsində 12 hərbçi ölüb, 13 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR