Paşha Bank
Bank Of Baku

Bakı sakini naməlum şəraitdə bıçaqlanıb

Bakı sakini naməlum şəraitdə bıçaqlanıb
# 10 aprel 2019 05:45 (UTC +04:00)

Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub.

ONA-nın xəbərinə görə, hadisə Biləcəri qəsəbəsi, İntiqam Məmmədov küçəsində baş verib.

1984-cü il təvəllüdlü Mirzəyev Həsən Ağababa oğlu naməlum şəraitdə bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən araşdırılır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR