TQDK-nın Apelyasiya Komissiyasına 100-ə yaxın bakalavr müraciət edib

TQDK-nın Apelyasiya Komissiyasına 100-ə yaxın bakalavr müraciət edib
# 07 mart 2013 16:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün yaradılan Apelyasiya Komissiyası öz işini başa çatdırıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, bakalavrlar Apelyasiya Komissiyasına martın 5-dən 7-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət ediblər. Bu müddət ərzində komissiyaya 100-ə yaxın bakalavr əsasən sorğu xarakterli müraciətlər edib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də keçiriləcək. Magistraturaya proqram seçimi 3-11 iyun, ixtisaslaşma seçimi 26-28 iyunda aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR