Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
APA-nın xəbərinə görə, bu vəzifəyə Pərviz Abubəkirov təyin edilib.
Səhiyyə Nazirliyindən faktı APA-ya təsdiqləyiblər.
Qeyd edək ki, bundan əvvəl Səhiyyə Nazirliyinin mətbuat xidmətinə Liya Bayramova rəhbərlik edib.
Qeyd edək ki, P. Abubəkirov müxtəlif telekanallarda çalışıb, İctimai Televiziyanın “Qanundan kənar” verilişinin aparıcısı olub.