Tərtər Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəbnəm Dünyamalıyevanın, qardaşı Vasif Dünyamalıyev tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.
Hazırda faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, martın 27-də Ş. Dünyamalıyevin bıçaqlanaraq qətlə yetirilmiş meyiti yaşadığı evdən tapılıb.