Bank Of Baku

Ağcabədidə 40 yaşlı kişi qətlə yetirilib

Ağcabədidə 40 yaşlı kişi qətlə yetirilib
# 13 may 2024 11:34 (UTC +04:00)

May ayının 11-də saat 23 radələrində Ağcabədi rayonunda 1984-cü il təvəllüdlü Həsənov Rauf Azər oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Tural Əhmədov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR