Ekologiya və təbii sərvətlər nazirinin müavini Fransanın ordeni ilə təltif edilib - FOTO

Ekologiya və təbii sərvətlər nazirinin müavini Fransanın ordeni ilə təltif edilib - <span style="color: red;">FOTO
# 19 fevral 2013 14:00 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Fransa Respublikası Hökümətinin 2012-ci ildə kənd təsərrüfatı və balıqçılıq sahəsində zabit dərəcəsində Şöhrət Ordeni ilə təltif edilib.

APA-nın xəbərinə görə, R. Hacıyevin son illər ərzində aparılan fəaliyyəti nəticəsində Azərbaycan Respublikası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”ya qoşulub. O, həmin Komissiyanın Azərbaycan üzrə milli əlaqələndiricisi qismində təyin edilib. R. Hacıyevin fəaliyyətinin uğurlu nəticəsi kimi, “Balıqçılıq haqqında” qanunun təkmilləşdirilmiş yeni variantı 2013-cü ilin əvvəlində baxılması üçün Milli Məclisin müzakirəsinə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR