Kastro: “Kuba heç vaxt Amerika Dövlətləri Təşkilatına üzv olmayacaq”

Kastro: “Kuba heç vaxt Amerika Dövlətləri Təşkilatına üzv olmayacaq”
# 05 iyun 2016 05:40 (UTC +04:00)

Bakı-APA. Kuba heç vaxt Amerika Dövlətləri Təşkilatına üzv olmayacaq. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Karib hövzəsi ölkələrinin sammitində çıxışı zamanı Kubanın lideri Raul Kastro deyib.

Kastro mənzil-qərargahı Vaşinqtonda yerləşən Amerika Dövlətləri Təşkilatının imperialist hökmdarlığının aləti olduğunu bildirib.

Qeyd edək ki, soyuq müharibə dövründə Kuba ABŞ-ın təkidi ilə təşkilatdan xaric edilmişdir.

Kastronun sərt mövqeyi ADT-nin Venesuelaya dair tənqidinə reaksiya olub.

Venesuelanın təşkilatda üzvlüyü dayandırıla bilər.

Kastro Venesuela xalqı və prezidenti Nikolas Maduro ilə həmrəy olduğunu bildirib.

Maduro ABŞ-ı region ölkələrinə təzyiq göstərməkdə günahlandırıb. O hesab edir ki, ABŞ Venesuelanı təcrid etməyə çalışır.

Venesuelada neftin qiymətinin aşağı düşməsinin səbəb olduğu kəskin ərzaq çatışmazlığı, yüksək inflyasiya və gəlirlərin azalması fonunda vəziyyət kritik həddə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR