Azərbaycan prezidenti Albaniyanın baş nazirini qəbul edib

Azərbaycan prezidenti Albaniyanın baş nazirini qəbul edib
# 08 aprel 2013 14:03 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 8-də Albaniyanın baş naziri Sali Berişanı qəbul edib.

APA-nın məlumatlına görə, görüşdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb, tədbirin iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olunub.

Görüşdə, həmçinin Azərbaycanla Albaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə inkişafının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR