Bakı sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Bakı sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
# 20 iyun 2016 10:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Rauf Quliyev evinin qarşısında yüksək gərginlikli elektrik dirəyinə çıxıb və elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR