İranda hərbi təyyarə qəzaya uğrayıb

İranda hərbi təyyarə qəzaya uğrayıb
# 10 iyul 2016 12:13 (UTC +04:00)

Bakı-APA. Bu gün saat 10.20 radələrində İran Hərbi Hava Qüvvələrinin “Su-24” hərbi təyyarəsi qəzaya uğrayıb.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, qəza Fars əyalətində, Baxteqan gölü yaxınlığında baş verib.

Uğurla katapult edən pilot sağ qalıb və vertolyotla Şiraza gətirilib. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR