Hikmət Hacıyev: "ABŞ Senatının alt komitəsində müzakirəyə çıxarılan “Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına yardım" adlı layihə təhrif edilir"

Hikmət Hacıyev: "ABŞ Senatının alt komitəsində müzakirəyə çıxarılan “Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına yardım" adlı layihə təhrif edilir"
# 14 iyul 2015 16:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Senatının alt komitəsində sözügedən layihənin müzakirəsi ilə bağlı məsələni şərh edərkən deyib.

O qeyd edib ki, ABŞ-ın qanunverici orqanı tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin qurbanları”na yardım edilməsi məsələsi uzun müddətdir ABŞ tərəfi ilə müzakirə edilir və bununla əlaqədar Azərbaycanın narahatlığı və narazılığı ABŞ-a daim çatdırılır: "Baxmayaraq ki, “Victims of the Nagorno-Karabakh conflict” ifadəsi mahiyyət və qrammatika baxımdan münaqişənin bütün qurbanlarını, o cümlədən azərbaycanlıları əhatə edir. Azərbaycanlıların münaqişənin əsas qurbanı olmasını heç kim inkar edə bilməz. Bu maddə ilə təxsis olan vəsait əsasən humanitar mina təmizlənməsinə sərf olunur.

Məhz buna görə də Ermənistan tərəfi ABŞ-da olan erməni lobbisinin bütün imkanlarını səfərbər edərək bu ifadəni “Victims in Nagorno-Karabakh” formasında dəyişdirməyə çalışır. İngilis dilində anlayışı olanlar bu fərqi yaxşı başa düşürlər. Ümumiyyətlə isə qeyd edilməlidir ki, son bir neçə ildə ABŞ Konqresi bu bənd altında hər hansı yardım ayırmayıb".

Diplomat qeyd edib ki, hazırda Senatın alt komitəsində 2016-ci il üzrə müzakirə olunan sənəd yalnız layihədir və bu məsələ ümumiyyətlə Nümayəndələr Palatasının gündəliyində yoxdur. Onun sözlərinə görə, layihə ilə bağlı yekun qərar hər iki palatada aparılacaq müzakirələrdən sonra qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR