Azərbaycanın Gürcüstandakı səfirliyində Kareli məktəbliləri ilə görüş keçirilib - FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyində Kareli məktəbliləri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 01 iyun 2015 17:45 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş zamanı məktəblilərə Azərbaycanın tarixi, onun əhalisi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti və İlk Avropa Oyunları haqqında ətraflı məlumat verilib.

Karelidən gələn məktəblilər səfirlikdə həmçinin Azərbaycan haqqında və bu günlərdə başlayacaq "Bakı-2015" İlk Avropa Oyunları haqqında video çarxlara baxıblar. Gürcü şagirdləri səfirlik rəsmilərinin hər bir məlumatını diqqətlə dinləyiblər. Görüş gürcü məktəblilərinə olduqca maraqlı gəlib və onların sualları səfirlik əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Sonda məktəblilərə özündə Azərbaycanı əks etdirən suvenirlər, gürcü dilində kitab və broşürla , Mirzə Fətəli Axundovun və başqa yazıçıların gürcü dilində nəşr olunan kitabları və disklər, xəritələr hədiyyə olunub.

Görüşün sonunda gürcü şagirdləri səfirlik əməkdaşları ilə xatirə şəkli çəkdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR