"Azərbaycan Dəmir Yolları" QSC-nin Mühafizə İdarəsinin qətl törətməkdə təqsirləndirilən iki əməkdaşı tutulub - VİDEO

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mühafizə İdarəsinin qətl törətməkdə təqsirləndirilən iki əməkdaşı tutulub - <span style="color: red;">VİDEO
# 18 aprel 2015 10:07 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 15-də Sumqayıt şəhərinin ərazisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinin əməkdaşları T. Ağabəyovun və A.Mursayibovun mühafizə etdikləri Şirvan deposunun dəmir yolu parkının ərazisinə daxil olmuş R. Qurbanov istiqamətində tabel silahından atəş açmaları və sonuncunun ölməsi faktı ilə əlaqədar 16.04.15 tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Ağabəyov və A.Mursayibov tutulub, hadisəni törədərkən istifadə etdikləri 2 ədəd xidməti “Revolver” tipli tapança götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR