Moskvada Xələf Xələfov və Qriqori Karasin arasında görüş keçirilib

Moskvada Xələf Xələfov və Qriqori Karasin arasında görüş keçirilib
# 15 oktyabr 2012 15:36 (UTC +04:00)
APA-nın Azərbaycan XİN-in saytına istinadən xəbərinə görə, görüşdə beynəlxalq arenada əməkdaşlıq və ikitərəfli münasibətlərin aktual məsələləri müzakirə olunub.

Tərəflər 2010-cu ilin oktyabrında Bakıda keçirilmiş III Xəzər sammitinin qərarlarının yerinə yetirilmə vəziyyətini də müzakirə ediblər və Aşqabadda “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın hazırlanması üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun növbəti iclasının çağırılmasını zəruri sayıblar.

Görüşdə Rusiya prezidentinin MDB üzvü olan həmsərhəd ölkələrlə dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçik də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR