“Aztelekom” Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə verib

“Aztelekom” Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə verib
# 17 oktyabr 2012 09:19 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Aztelekom” İstehsalat Birliyi (İB) Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini və xidmətin Qobustan rayon Şöbəsini məhkəməyə verib.

APA-nın məlumatına görə, pul tələbi barədə iddia ilə İB 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan isə apellyasiya şikayəti verilib. Hazırda Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR