Keçmiş səfir: «Çavesin beyin ölümü qeydə alınıb»

Keçmiş səfir: «Çavesin beyin ölümü qeydə alınıb»
# 28 fevral 2013 02:42 (UTC +04:00)

Bakı-APA. Panamanın Amerika dövlətləri təşkilatındakı keçmiş səfiri Gilyermo Koçes hələ iki ay əvvəl Venesuela prezidenti Uqo Çavesin beyin ölümünün gerçəkləşdiyini bildirib. Bu barədə APA RİA Novosti-yə istinadən xəbər verir.

Koçes həkimlərin prezidenti həyatda saxlayan aparatlardan da ayırdıqlarını bəyan edib.

Koçesin sözlərinə görə, Çavesin beyin ölümü dekabrın 30-da gerçəkləşib və bir-iki günə Venesuelada prezident seçkiləri elan oluna bilər.

Səfir Venesuela hakimiyyətinin onu təkzib etməsi üçün Çavesi xalqa göstərmələrini tələb edib.

Xatırladaq ki, Uqo Çaves ictimaiyyət qarşısında 8 həftə əvvəl görünüb. Ötən həftə onun xərçəng şişini kəsdirmək üçün getdiyi Kubadan qayıtması barədə məlumat verilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR