ATAA sədri: COP29 Azərbaycanın turizm potensialının dünyaya çatdırılmasında gözəl imkanlar açır

ATAA sədri: COP29 Azərbaycanın turizm potensialının dünyaya çatdırılmasında gözəl imkanlar açır
# 11 yanvar 2024 10:50 (UTC +04:00)

“Bu il ölkəmiz daha bir mötəbər tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Hesab edirəm bu, Azərbaycanı yenidən dünya miqyasında regionun lideri kimi tanıdan çox mühüm tədbirlərdən biridir”.

APA xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Turizm Sənayesi Subyektlərinin Forumunda deyib.

Onun sözlərinə görə, dünya dövlətlərinin COP29-a ev sahibliyi etməsi üzrə ölkəmizin namizədliyini dəstəkləməsi Prezident İlham Əliyevin bu illər ərzində sərgilədiyi güclü siyasi iradənin nəticəsidir:

“Bu miqyasda tədbirlərin keçirilməsi yalnız nüfuzlu, təşəbbüskar, eləcə də stabil və təhlükəsiz dövlətlərə həvalə edilir ki, məhz bu üstünlüklər Azərbaycanı digər ölkələrdən fərqləndirir. Turizm sənayesi olaraq biz də bu böyük tədbirə hazırlıqlı olmalı, qonaqların ən yüksək səviyyədə qarşılanmasını təmin etməli, Azərbaycan haqqında müsbət təəssüratlarla geri dönmələrinə nail olmalıyıq.

Biz turizmçilər - hər birimiz bir hədəfə vurmalı, güclü və qalib ölkəmizin belə bir dünyamiqyaslı tədbirə ən yüksək səviyyədə ev sahibliyi etməsində üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik.

Bu tədbir ölkəmizin tanınmasında, eləcə də onun turizm potensialının dünyaya çatdırılmasında gözəl imkanlar açır. COP29-a həm də turizmin inkişafına təkan verəcək bir fürsət kimi də baxmaq lazımdır. Odur ki, tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün turizm sənayesi olaraq əlimizdən gələn dəstəyi göstəməyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR